ElanlarElmGündəmUniversitet həyatı

Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə plan yerləri açıqlanıb.

Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə plan yerləri açıqlanıb. ATU-da 2025-2026-cı tədris ili üçün magistratura təhsil səviyyəsi üzrə 249 plan yeri ayrılıb. Plan yerləri ixtisaslaşmalar üzrə aşağıdakı kimidir:

7003005 Dizayn*

Tekstil dizaynı* – 6 yer

Sənaye dizaynı* – 6 yer

7004001 Beynəlxalq ticarət və logistika

Gömrük işi – 3 yer

7004002 Biznesin idarə edilməsi

Beynəlxalq biznesin idarə edilməsi* – 4 yer

7004003 Biznesin təşkili və idarə edilməsi (MBA)* – 84 yer

Marketinq (MBA) – 18 yer

Risklərin idarə edilməsi – 15 yer

Rəqəmsal marketinq* – 18

Mühasibat (MBA) – 15 yer

Turizm və hotelçiliyin idarə edilməsi* – 18 yer

7004004 Dövlət və bələdiyyə idarəetməsi – 9 yer

Regional idarəetmə – 3 yer

Dövlət proqramlarının və layihələrinin idarə edilməsi* – 3

Dövlət idarəetməsi – 3 yer

7004007 Marketinq – 13 yer

Strateji marketinq – 5 yer

Xidmət sahələrinin marketinqi – 8 yer

7004008 Menecment – 12 yer

İnnovasiya menecmenti – 3 yer

İstehsal və əməliyyat menecmenti – 3 yer

Strateji menecment – 3 yer

Korporativ menecment – 3 yer

7006007 Ekologiya mühəndisliyi – 22 yer

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması – 13 yer

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** – 5 yer

Tullantıların emalı texnologiyaları (sahələr üzrə) – 2 yer

Su ehtiyatlarının idarə olunması və mühafizəsi – 2 yer

7006016 İnformasiya texnologiyaları – 6 yer

Telekommunikasiya sistemlərinin informasiya texnologiyaları – 6 yer

7006022 Kompüter mühəndisliyi – 12 yer

Kompüter sistemləri və şəbəkələri – 12 yer

7006023 Qida mühəndisliyi – 15 yer

Qida təhlükəsizliyi və risklərin idarə edilməsi – 10 yer

Qida istehsalınımn idarə edilməsi – 5 yer

7006024 Logistika və nəqliyyat texnologiyaları – 9 yer

Nəqliyyat logistikası – 3 yer

Nəqliyyat logistikası** – 2 yer

Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi – 2

Nəqliyyatda daşımalar və menecment (nəqliyyat növləri üzrə) – 2

7006031 Metallurgiya mühəndisliyi – 4 yer

Əlvan və nadir metalların metallurgiyası – 2 yer

Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları – 2 yer

7006035 Nəqliyyat mühəndisliyi – 6 yer

Dəmiryol təsərrüfatı və onun istismarı – 3 yer

Yol hərəkətinin təşkili və təhlükəsizliyi – 3 yer

7006038 Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 3 yer

Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə)–3 yer

7006039 Radiotexnika və telekommunikasiya mühəndisliyi – 4 yer

Rabitə qovşaqları və kommutasiya sistemləri – 4 yer

7006042 Şərabçılıq – 25 yer

Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası – 15 yer

Alkoqollu içkilərin texnologiyası – 5 yer

Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası – 5 yer

7008004 Turizm və hotelçilik – 10 yer

Turizm və sosial-mədəni servis* – 10 yer

*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.

**Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Polşa Respublikasının Bialystok Texnologiya Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.

***Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Macarıstan Respublikasının Sopron Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.