Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış-ixtisas imtahanlarına start verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 22.05.2020 – i il tarixli KQ 04 №-li qərarı ilə təsdiq edilmiş ” Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na və “Dövlət Buraxılış imtahanlarının təşkili üçün DAK sədrlərinin təyin edilməsi barədə” PTDA-nın 15.03.2025-ci il tarixli 3-29-63/3-2-18F/2025 №-li əmri əsas tutularaq, Dövlət buraxılış- ixtisas imtahanları başlayıb.
Ümumi orta təhsil bazasından “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər”, “Laborant-mikrobioloq”, “Dərzi” və “Aqroservis mütəxəssisi” ixtisası üzrə imtahanlar keçirilib və başa çatıb.
Dövlət Attestasiya Komissiyasının sədrləri Mustafa ƏLiyev (“Qəbələ Aqropark” MMC texniki park meneceri), Sadiq Muradov (“Qəbələ İkinci Nəfəs Psixologiya Mərkəzi”-nin direktoru) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq imtahan nəticələrini elan ediblər.

