Kollec xəbərləriKollecə qəbul

Sabirabad Dövlət Sosial Kollecində “Gənclik üçün danış” layihəsi çərçivəsində növbəti görüş təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbir Sabirabad Rayon Gənclər Evi və kollecin birgə təşkilatçılığı ilə həyata keçirildi.

Görüş zamanı kollecin TGT sədri Hüseyn Ağayev çıxış etdi. O , bildirdiki fəal gənclər həmişə irəli getmək üçün yorulmadan çalışmalıdırlar.

Tədbirin qonaqları Telman Qurbanov və yazıçı-şair Xanoğlan Xan Əsgərov çıxışlarında gənclərlə həyat və yaradıcılıq təcrübələrini bölüşüblər. Çıxışlarda vətənpərvərlik, milli-mənəvi dəyərlər, oxumağın və düşünməyin əhəmiyyəti vurğulanıb.

Kollecimizin Təcrübə rəhbəri İlham Hüseynov gənclərə öz həyat və peşə fəaliyyətindən nümunələr danışdı O, məsuliyyət, dürüstlük, işgüzar davranış, öz üzərində davamlı çalışmağın və gələcək həyat planlarının düzgün qurulmasının vacibliyindən danışıb, gəncləri məqsədyönlü və fəal olmağa çağırdı.

Səmimi və interaktiv formatda keçən görüşdə gənclər qonaqlara suallar ünvanlayıb, şəxsi inkişaf və gələcək hədəflərlə bağlı dəyərli fikirlər əldə ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.