Kollec xəbərləriKollecə qəbul

Türkoloji qurultayın 100 illik yubileyi və repressiya qurbanlarınin xatirəsini həsr edilmiş tədbir keçirildi.

30 aprel 2026-cı il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Mühasibat uçotu”ixtisası 1224 qrup tələbəsi Səxavət Qaçayev və 5225 qrup tələbəsi Mehriban Teymurovanın hazırladıqları Türkoloji qurultayın 100 illik yubileyi və repressiya qurbanlarınin xatirəsini həsr edilmiş tədbir keçirildi. Tədbir torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və repressiya qurbanlarının xatirəsi yad edilməklə və Dövlət Himni səsləndirilməklə başlanıldı. Tədbirdə 1926-cı ildə Bakıda keçirilmiş ilk Türkoloji qurultay və onun əhəmiyyəti vurğulandı, həmin qurultayda iştirak etmiş alim və mütəfəkkirlərin 1930-cu illərdə repressiyaya məruz qalmaları qeyd edildi. Repressiya qurbanı olan şairlərin şeirləri və tədbirin təşkilatçılarının bu mövzuya həsr etdiyi şeirlər səsləndirildi, mahnılar ifa edildi. Mikayıl Müşfiq və Dilbər xanımın son görüşündən bəhs edən səhnəcik təqdim edildi. Çıxışlar izləyicilər tərəfindən böyük maraqla qarşılandı.

Sonda söz, kollecin inzibati heyətinə verildi və onlar tədbir barədə fikirlərini və ürək sözlərini çatdırdılar.

Tədbirin keçirilməsində məqsəd bu tarixi hadisəni xatırlatmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onlara bu tarixi hadisəy ilə bağlı məlumatların çatdırılması idi.

Tədbir iştirakçılar tərəfindən böyük təəssüratla qarşılandı və alqışlandı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *