Kollec xəbərləri

Zərifə Əliyeva – 103

İsmayıllı rayon Heydər Əliyev mərkəzində Azərbaycanın tibb sahəsində silinməz iz qoymuş, şərəfli və mənalı ömür yolu ilə hər kəsə nümunə olmuş, həyatını xalqının xidmətə həsr etmiş ləyaqəti və alicənablığı ilə seçilən Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş”Zəriflik və Zəka- Azərbaycan qadının mənəvi siması”adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb bacısı (qardaşı) işi”ixtisası üzrə təhsil alan tələbələri, mədəniyyət müəssisələrinin və digər təşkilatların nümayəndələri iştirak etdilər.

Çıxışlarda Zərifə xanım Əliyevanın elmə, səhiyyəyə və milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi töhfələrdən bəhs olunub.Tədbirin əsas məqsədi gənc nəslə örnək şəxsiyyətləri tanıtmaq, milli irsimizi yad etmək, Azərbaycanın görkəmli oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmək olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *