GənclərGündəmPeşə təhsili

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və Peşə İmkanları Günü” təşkil olunub.

Region gənclərinin karyera inkişafına dəstək məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və Peşə İmkanları Günü” təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirmək, onlara düzgün peşə seçimi, karyera planlaması və gələcək imkanlarla bağlı praktik yol göstəricilər təqdim etməkdir.

🔹 Tədbir çərçivəsində Green Tech MMC ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində peşə təhsili sahəsində innovativ yanaşmaların tətbiqi, tələbələrin istehsalat təcrübələrinin təşkili və məzunların məşğulluq imkanlarının artırılması nəzərdə tutulur.