Dağlıq Şirvan bölgəsində “Son Zəng” tədbirləri keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Son Zəng” tədbirləri keçirilib.
Milli qəhrəman Şikar Şikarov adına Qobustan rayon Sündü kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov iştirak ediblər.
Şamaxı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə isə Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, həmçinin İsmayılı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Elm və təhsil nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Qorxmaz Əliyev iştirak etmişdir.
Çıxış edənlər məzunları təbrik edib, onlara yeni həyat yollarında uğurlar arzulayıb, təhsil sahəsində qazanılmış uğurlardan, təhsilə göstərilən dövlət qayğısından söhbət açıblar.
Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.
Bütün məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq!




