Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə ekspert qismində çıxış edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü Məleykə Hüseynova birliyin yaranma tarixi, mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində ölkəmizdə görülən işləri diqqətə çatdırdı.
Təqdimat zamanı tarixi-mədəni və arxeoloji abidələrin bərpası və konservasiyası ilə bağlı qəbul olunmuş qərar və hüquqi aktlar barədə məlumatlar təqdim olunub.