ElmGənclərGündəmKollec xəbərləriKollecə qəbul

10 iyun tarixində ADA Məktəbinin Süni İntellekt üzrə Respublika Olimpiadasının mükafatlandırma mərasimi baş tutub.

10 iyun tarixində ADA Məktəbinin Süni İntellekt üzrə Respublika Olimpiadasının mükafatlandırma mərasimi baş tutub.

ADA Məktəbinin IB proqramı şagirdi Cüneyd Qənbərovun təşəbbüsü, ICT müəllimi Viktor Başarovun dəstəyi və STAR Colleges təhsil platformasının sponsorluğu ilə həyata keçirilən bu möhtəşəm tədbir, 5–11-ci sinif şagirdləri arasında süni intellekt texnologiyalarına marağı artırmaq və gəncləri beynəlxalq səviyyəli bilik və bacarıqlarla zənginləşdirmək məqsədi daşıyırdı.

Azərbaycandan və 6 xarici ölkədən iştirakçılar yarışda biliklərini sınayıb.

Mükafatlandırma mərasimində Kollecimizin tələbəsi Ələkbərzadə Həsən İlkin oğlu da iştirak edib.

Qürurverici haldır ki, Həsənin təqdim etdiyi layihə olimpiadanın ən yaxşı 10 layihəsi sırasına daxil olub və yüksək qiymətləndirilib!

Bu uğur münasibətilə direktor Xatirə Məlikova Həsəni təbrik edib, gələcək işlərində yeni nailiyyətlər arzulayıb.

Uğurlar, Həsən !