Bizim üçün müəllimin nüfuzundan vacib mövzu yoxdur-Həsən Həsənli
“Bizim üçün müəllimin nüfuzundan vacib mövzu yoxdur. Müəllimlik bu gün işləmək üçün ən rəqabətli yerlərdən biridir.
Buna görə hər il müəllimlərin işə qəbulu imtahanında 5-10 min yerimiz olur, oraya 70 min adam sənəd verir. Nüfuzdan danışırıqsa, bu, bizə görə elə nüfuzdur.
Digər tərəfdən, sertifikasiya imtahanlarından uğurla keçən müəllimlərin ən yaxşılarının əməkhaqqısı 35 faiz artır. Müəllim öz ixtisasına, biliyinə güvənib 51 bal yığıb əməkhaqqını artırırsa, biz buna sevinirik. Digər müəllimlərin də maaşı 10 faiz artır. Bu da müəllimin nüfuzuna təsir edən amildir.
Müəllimlərin məktəblərə qəbulu, təlimlərə, müsabiqələrə, günün axırında tədbirlərə cəlb olunması onun nüfuzunun artması üçündür.”
Elm və təhsil nazirinin müavini Həsən Həsənli
