İsmayıllı DPTM ilk dəfə “Avtomobil mühərrikinin yığıcısı” ixtisası üzrə tələbə qəbulu elan edir.
Bu barədə mərkəz öz rəsmi “facebook” səhifəsində paylaşım edib.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 2025-2026-cı tədris ilindən ilk dəfə “Avtomobil mühərrikinin yığıcısı” ixtisası (11-ci sinif attestatı ilə qəbul/ödənişli) tədris ediləcək.


İxtisasın tədrisi həftədə 3 gün olmaqla işəgötürən müəssisədə, avtomobillərə xidmət üzrə servis mərkəzində, 2 gün isə nəzəri hissə tədris ediləcək.
İxtisasın tədris müddəti 6 aydır. Diplom verilir. İlkin qeydiyyatdan keçmək istəyənlər 0506838211 nömrəsinə WhatsApp üzərindən müraciət edə bilər. Müraciət zamanı ŞV və attestatın scan forması tələb olunacaq. Kənar rayonlardan müraciət edənlər müasir yataqxana ilə təmin ediləcək. (Yataqxana ödənişlidir)
Mərkəzdə son illər görülən işlərin və tətbiq olunan yeniliklərin nəticəsi olaraq, tələbə sayı və ixtisasların sayı artan templə irəlləyir.
Mərkəzin bunil üçün olan qəbul olan posterdə göstərilib.