Təhsil eksperti: “Biz bu imtahanlarla nəyi ölçürük?” - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
AbiturientElmGənclərGündəmİmtahanKollec xəbərləriUniversitet həyatı

Təhsil eksperti: “Biz bu imtahanlarla nəyi ölçürük?”

Təhsil eksperti Kamran Əsədov öz sosial şəbəkə profilimdə yazır:

“Ali məktəblərə qəbul imtahanları, zamanla dəyişən cəmiyyətlərin təhsil sisteminə olan baxışını əks etdirən ən həssas göstəricilərdən biridir. Amma sual açıq qalır: “Biz bu imtahanlarla nəyi ölçürük?”

Britaniyalı təhsil tədqiqatçısı Ken Robinson yazırdı:
“Standart testlər uşaqların müxtəlif zəka formalarını deyil, yalnız yaddaşı və sürətli cavabvermə qabiliyyətini ölçür.” (The Element, 2009)

Yapon təhsil sistemini araşdıran professor Makoto Kobayashi qeyd edir ki:
*“Ali məktəblərə qəbul imtahanları əslində təhsil sisteminin yaralarına plastır yapışdırmaq cəhdidir, çünki məktəb müddətində əldə edilən bacarıqları deyil, imtahan üçün öyrədilmiş davranışları ölçür.”
(Asia Pacific Education Review, 2018)

UNESCO-nun 2022-ci il hesabatında vurğulanır:
*“Ali təhsil müəssisələrinə qəbul meyarları daha inklüziv və çoxölçülü olmalıdır. Tək imtahanla tələbənin potensialını müəyyən etmək qeyri-mümkündür.”
(Reimagining our Futures Together: A new social contract for education, UNESCO, 2022)

Təhsil fəlsəfəsi üzrə dünyaca məşhur amerikalı alim John Dewey isə bir əsr əvvəl deyirdi:
*“Əgər təhsil həyat üçün hazırlıqdırsa, o zaman testlər həyatın mürəkkəbliyini yox, sadələşdirilmiş formalarını əks etdirirsə, biz gələcəyin qurucularını yanlış istiqamətə yönəldirik.”
(Democracy and Education, 1916)

Və nəhayət, OECD 2023 hesabatında yazılır:
*“Ən uğurlu təhsil sistemləri qəbul imtahanlarını inkişaf etdirərkən yalnız bilik yox, düşünmə, problem həll etmə və sosial emosional bacarıqları da ölçən formatlara üstünlük verir.”
(OECD Education at a Glance 2023)

İmtahan mərkəzləri və təhsil qurumları bir sualı cavablamalıdır:
“Bu testlər şagirdin potensialını, yoxsa sistemin mexaniki məntiqini ölçür?”

Sonda qeyd etmək yerinə düşər ki, əgər biz ali təhsil sistemində ədalət, şəffaflıq və potensiala uyğun seçim istəyiriksə, imtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *