"Peşə təmayüllü siniflər" layihəsi çərçivəsində praktik imtahan təşkil olunub - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElanlarGündəmPeşə təhsiliRegion

“Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində praktik imtahan təşkil olunub

“Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində ümumi orta təhsil bazasında təhsil alan şagirdlərin peşə təhsilinə yönəldilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə praktiki imtahan təşkil olunmuşdur.
2025-ci il 3 iyun tarixində Help Desk və Aşpaz ixtisasları üzrə (hər ikisi 10 “P” sinif) keçirilən praktiki imtahan mərkəzin istehsalat təlim ustası və ixtisas fənn müəllimi Humay Quliyevanın rəhbərliyi və nəzarəti altında həyata keçirilmişdir.
İmtahan nəticələrinə əsasən, şagirdlər nümayiş etdirdikləri bilik və bacarıqlarla yüksək nəticələr əldə etmiş və müvafiq ballarla qiymətləndirilmişlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *