GündəmKollec xəbərləriÖnə çıxan xəbərlər

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2024/2025-ci tədris ilinin başa çatması ilə əlaqədar Pedoqoji Şuranın son iclası keçirildi

15 iyul 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2024/2025-ci tədris ilinin başa çatması ilə əlaqədar Pedoqoji Şuranın son iclası keçirildi.

İclasda kollecin direktoru, inzibati və müəllim heyəti iştirak etdilər. İclasın əsas məqsədi cari tədris ilinin yekunlarının qiymətləndirilməsi və növbəti tədris ili üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi idi.

Kollecin direktoru dosent K.Süleymanlı kadr potensialı, müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi və onların ixtisasartırma kurslarında iştirakının vacibliyini diqqətə çatdırdı.

Kollecin maddi- texniki bazasının mövcud vəziyyəti və inkişaf istiqamətləri haqqında və növbəti tədris ilində yeni ixtisasların açılması məqsədilə görülmüş işlər haqqında məlumat verdi.

Tədris şöbəsinin müdirləri tərəfindən təqdim edilən hesabatlarda tələbələrin davamiyyət və müvəffəqiyyət göstəriciləri buraxılış və aralıq imtahanlarının nəticələri təhlil olundu. İstehsalat təcrübəsi və buraxılış işləri üzrə əldə olunan nəticələr də müzakirə edildi.

Təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi, yay tətili müddətində görüləcək texniki işlər, yeni tədris ili üçün qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı.

Pedoqoji şura tərəfindən yeni tədris ili üçün tövsiyələr qəbul edildi və gələcək fəaliyyət planı nəzərdə tutuldu.