15 İyun – Milli Qurtuluş Günü münasibətilə gənclərlə tədbir keçirilib.
11 iyun 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İDHTK-nin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə gənclərlə tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, kollecin əyani şöbə müdiri Elmir Ağayev, kollecin tarix müəllimi Əli Baxışlı, Diyallı kənd tam orta məktəbinin direktor müavini Ülvi Osmanlı və tələbələr iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, hər bir xalqın tarixində qürurverici dönüş nöqtələri olur. Milli Qurtuluş Günü də Azərbaycan xalqının tarixi salnaməsində xüsusi yer tutur. Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı misilsiz rolu, müstəqilliyimizin qorunması, iqtisadi inkişaf və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi əvəzsiz xidmətlər barədə ətraflı məlumat verilib.




