Azərbaycan MüəllimiGündəmÖnə çıxan xəbərlərRegion

AGMA-nın təqdimatları davam edir!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində 8 Nömrəli Sanatoriya Tipli İnternat Məktəbində gənc müəllimlər üçün AGMA-nın təqdimatı, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” mövzularında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İnternat Məktəb Müəllimləri Birliyinin sədri Zərif Şirəliyeva tərəfindən təqdimat və seminar təşkil olunub.

Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və özlərini təkmilləşdirməsinə dəstək olmaq idi. Seminarda təhlükəsiz mühit anlayışı, uşaq hüquqlarının müdafiəsi və müəllimlərin təcrübələrinə əsaslanan fikir mübadiləsi aparılıb, müzakirələr zamanı iştirakçıların bu mövzu üzrə məlumatlılığının artırılması hədəflənib.