Peşə təhsiliRegionTrend

QDPTM-nin Türkiyədə təcrübə proqramında iştirak edən əməkdaşları səfər hesabatı verib və təqdimat ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən peşə təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə təlim və təcrübə proqramı təşkil edilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin də “Dərzi” ixtisasının istehsalat təlim ustası Süsən Seyidova və “Kibertəhlükəsizlik” ixtisasının ixtisas fənn müəllimi Sahil Yusibov Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən peşə təhsil müəssisələrində təlim və təcrübə proqramında iştirak ediblər.

✅ Təlimlər zamanı Mərkəzimizi təmsil edən Süsən Seyidova “Dərzi” ixtisası üzrə “Drapaj tekniyi ilə Kalıb Hazırlama Sürecleri”, “Moda Tasarımda Photoshop Kullanımı”, “STYLE-3D” və s. mövzuları üzrə təlimlərdə, Sahil Yusibov isə “Kibertəhlükəsizlik” ixtisası üzrə “İoT (əşyaların internet) və təhlükəsizlik”, “Mobil tətbiq təhlükəsizliyi” “Əməliyyat sistemlərinin təhlükəsizliyi” və s. mövzuları üzrə təlimlərdə iştirak edərək xüsusi qeydlər götürüblər və ona uyğun təqdimat hazırlayıblar.

4-18 may 2025-ci il tarixlərində keçirilən təlim və təcrübə proqramı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilib.