ElmTrendUniversitet həyatı

Çin Xarici Dillər Universiteti ilə UNEC arasında əməkdaşlıq başlayır-REKTOR

Bu barədə UNEC-in rektoru Ədalət Muradov öz facebook səhifəsində paylaşım edib:

“Bu gün 101 xarici dil öyrədən və AACSB-də akkreditasiyadan keçən MBA-ya malik Çin Xarici Dillər Universitetinin prezidenti cənab Jia Wenjian ilə maraqlı fikir mübadiləsi apardıq. Çox sevindiricidir ki, Azərbaycan dili də bu universitetdə öyrədilən xarici dillər sırasındadır. İngilis dili tədrisinin metodologiyasını UNEC-lə bölüşməsi, UNEC-in bir qrup iqtisadçı müəllimlərinə ingilis dilinin bu universitetin tətbiq etdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplom, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə etdik. Bu universitetdə Azərbaycan dilini öyrənən Çinli tələbələrlə görüşdük və onlarla Azərbaycan dilində müzakirə aparmaq çox xoş oldu Sentyabrda Bakıya səfərləri zamanı onları UNEC-ə dəvət etdik. Bu universitetdə kafedra müdiri hörmətli Aqşin müəllim Əliyevi Azərbaycan dili ilə bağlı Çinli tələbələrin böyük uğurları münasibətilə təbrik edirik.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!”