“Məktəbəqədər təhsil” ixtisası üzrə sınaq təcrübəsinin yekun imtahanı keçirildi.
5 iyun 2025- ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Məktəbəqədər təhsil” ixtisası üzrə sınaq təcrübəsini uğurla başa vuran tələbələrin sınaq təcrübəsi müddətində qazandıqları bilik və təcrübələrin qiymətləndirilməsi məqsədilə yekun imtahan keçirildi. Bu imtahan tələbələrin praktik fəaliyyətdə əldə etdikləri nəticələrin və peşə hazırlığının səviyyəsinin obyektiv şəkildə dəyərləndirilməsini təmin etmək məqsədi daşıyır.
İmtahan zamanı tələbələr pedaqoji prosesin təşkili, uşaqlarla ünsiyyət bacarığı, təlim- tərbiyə metodlarının tətbiqi, oyunların təşkili və qiymətləndirilmə meyarları üzrə bilik və bacarıqların nümayiş etdirdilər. İmtahan komissiyası müəllim heyəti və müəssisə nümayəndələrindən ibarət idi və hər bir tələbənin fəaliyyəti ədalətli və şəffaf şəkildə qiymətləndirildi. Nəticələr göstərdi ki, tələbələrin böyük əksəriyyəti məktəbəqədər təhsil müəssisələrində işləməyə hazır səviyyədədir və gələcək pedaqoji fəaliyyət üçün əsas baza biliklərini mənimsəmişlər.





