İDHTK-də “Sağlam yaşayaq” mövzusunda maarifləndirici tədbir keçirildi.
5 iyun 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərin zərərli vərdişlərdən uzaq durmasına, sağlam həyat tərzinin təbliğinə və insan hüquqlarının qorunmasına hədəflənmiş “Sağlam yaşayaq” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdən öncə Kollecin həyətində ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət edildi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunaraq, abidə önünə gül dəstələri düzüldü.
Daha sonra tədbir Kollecin akt zalında davam etdirildi.İlk olaraq Kollecin əyani şöbə müdiri Elmir Ağayev çıxış edərək tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Emin Məmmədov, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, baş əməliyyat müvəkkili polis mayoru Xətai Daşdəmirli iştirak etdilər və onlat çıxış edərək yeniyetmələr arasında hüquq pozuntularının qarşısının alınması, narkomaniya və digər zərərli vərdişlərin fəsadları, habelə sağlam həyat tərzinin önəmi barədə ətraflı məlumat verdilər.
Tədbirin interaktiv hissəsində tələbələrin sualları cavablandırıldı, real hadisələr və hüquqi aspektlər ətrafında müzakirələr aparıldı.
Bu cür tədbirlərin keçirilməsi gənclərin düzgün istiqamətləndirilməsi, vətəndaşlıq məsuliyyətinin formalaşdırılması və hüquqi maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.


















