GənclərGündəmKollec xəbərləriKollecə qəbulRegion

“İnsan alverinə qarşı mübarizə və onun törətdiyi fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

2 iyun 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “İnsan alverinə qarşı mübarizə və onun törətdiyi fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdən əvvəl kollecin həyətində yerləşən Şəhidlər abidə kompleksi ziyarət olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş və abidə önünə gül dəstələri qoyulmuşdur.
Daha sonra tədbir kollecin akt zalında davam etmişdir. Tədbirdə Kollecin direktoru dosent Kəmalə xanım Süleymanlı çıxış edərək qonaqları və tələbələri salamlamış, tədbirin əhəmiyyətindən bəhs etmişdir. Əyani şöbə müdiri Elmir Ağayev iştirakçıları salamlayaraq tədbirin məqsədi barədə qısa məlumat vermişdir.
Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki İbrahim Əhmədov və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Əliyev çıxış edərək insan alveri, onun formaları, qarşısının alınması yolları və bu istiqamətdə görülən tədbirlər haqqında tələbələrə ətraflı məlumat vermişlər.
Tədbirin əsas məqsədi gənclərin bu kimi təhlükəli hallara qarşı maarifləndirilməsi, insan alverinin fəsadları barədə düzgün məlumatlandırılması və mübarizə yollarının izah olunması olmuşdur.