Rektor imtahan prosesini izləyib - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
GənclərGündəmTrendUniversitet həyatı

Rektor imtahan prosesini izləyib

Azərbaycan Texnologiya Universitetində yay imtahan sessiyasına start verilib. Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, müvafiq tövsiyələr verərək imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 3 iyul 2025-ci il tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *