AGMA-nın təqdimatı bu dəfə Lənkəranda







Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlər üçün Lənkəran şəhəri Mehman Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində AGMA-nın Lənkəran şəhəri üzrə koordinatorları Əkbər Novruzov və Nuranə Əliyeva tərəfindən təqdimat keçirilib.
Təqdimatın davamında gənc müəllimlər üçün AGMA-nın fəaliyyəti və “Sosial mediada müəllim obrazı və müəllimlərin natiqlik bacarıqları” mövzusunda təlim təşkil olunub.
Qeyd edək ki, təqdimatın keçirilməsində məqsəd gənc müəllimlərin inkişafına və özlərini təkmilləşdirməsinə dəstək olmaq, eləcə də təlim vasitəsilə təhsil müəssisələrində çalışan gənc müəllimləri bir araya gətirmək və onların sözügedən mövzu üzrə məlumatlılığını artırmaqdır.