Kollecdə “Korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilib.
30.05.2025 tarixində ŞDİHK-də “Korrupsiyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və tyutor Şahin Ağayev çıxış edərək:
Korrupsiya anlayışı, onun formaları və nəticələri barədə ətraflı məlumat veriblər.
Korrupsiyanın cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərərdən danışıblar.
Bu neqativ hallara qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar.
Tədbirin əsas məqsədi tələbələrdə antikorrupsiya düşüncəsinin formalaşdırılması və şəffaflığın təşviqidir.


