Agentliyin direktoru İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində olub
Elm və Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər xanım Səttarova İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində olmuşdur. Səfər zamanı kollecin inzibati rəhbər heyəti ilə görüş keçirilmiş, tədris prosesinin təşkili, ixtisas hazırlığı və mövcud təhsil imkanları ilə bağlı geniş müzakirələr aparılmışdır.
Ülkər xanım Səttarova kollecin tədris korpusları və sinif otaqlarına baxış keçirmiş, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olmuşdur. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən ixtisasların inkişafı və tələbələrin peşə hazırlığının gücləndirilməsi istiqamətində mühüm tövsiyələr vermişdir.
Görüş çərçivəsində kollecin gələcək inkişaf planları, yeni ixtisasların açılması və regionda kadr hazırlığının təmin edilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.











