Kollec xəbərləriKollecə qəbulRedaktorun seçimiRegion

Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır

Avqustun 14-də saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat avqustun 22-də saat 18:00-da başa çatacaq.