ElanlarElmMəktəbli

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulu məsələsinə aydınlıq gətirilib

“Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.

“Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, – deyə Aidə Əsgərli qeyd edib.

O bildirib ki, indiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.