Kolleclərə ümumi (9 illik) bazasından ixtisas seçimi nə vaxt başlayacaq?
2025/2026 tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta ixtisas bazasında ixtisas seçimi 31.07.2025 tarixindən başlayır. İxtisas seçimi 07.08.2025 tarixinədək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunacaqdır.
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyatı (I tur) 12/08/2025 – 22/08/2025 , Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyatı (II tur)
10/09/2025 – 17/09/2025 , Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyatı (III tur) 27/09/2025 – 31/10/2025 nəzərdə tutulmuşdur.