Bu gün Naxçıvan Qızlar Liseyinə ölkə üzrə mərkəzləşmiş qaydada növbəti qəbul imtahanı keçirilib
İyunun 27-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar Liseyinə ölkə üzrə mərkəzləşmiş qaydada növbəti qəbul imtahanı keçirilib.
Liseyin binasında keçirilən imtahanlarda IV sinifləri bitirən qız şagirdlər iştirak edib.
Qəbul imtahanında i 246 şagird imtahan verib.
İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 60 sual təqdim olunub və 120 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.
İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.
Qeyd edək ki, ötən tədris ilindən muxtar respublikada liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.



