İDPTM-də “Açıq Qapı” günü keçirilib.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində peşə seçiminə dəstək və mərkəzlə tanışlıq məqsədilə “Açıq Qapı” günü keçirilib.
“Açıq qapı” günündə iştirakçılara Mərkəzdə qəbul aparılan ixtisaslar, tələbə qəbulu qaydaları haqqında məlumat verilib, tələbələr tərəfindən hazırlanan məhsullara baxış keçirilib, həmçinin müvafiq ixtisaslar üzrə masterklasslar baş tutub.







