ADAU-da təhlükəsiz qida üçün heyvan sağlamlığının qorunması mövzusunda tədbir keçirilib - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
GündəmRegionTrendUniversitet həyatı

ADAU-da təhlükəsiz qida üçün heyvan sağlamlığının qorunması mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə əməkdaşlığı çərçivəsində “Təhlükəsiz Qida üçün Heyvan Sağlamlığının Qorunması – Elm və Təcrübənin vəhdəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə və müəllim heyəti, beynəlxalq tərəfdaşlar və Türkiyənin Uludağ Universitetinin virusologiya üzrə alimləri, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, eləcə də baytar həkimlər iştirak ediblər.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında tədbirin mövzusunun müasir dövrümüz üçün aktual olduğunu bildirərək, iştirakçılara uğurlar arzu edib.

Çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatının digər istiqamətləri ilə yanaşı, baytarlıq sahəsində də əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Bildirib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir.

Gənc mütəxəssislərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, təhsil və sahə təcrübəsinin vəhdəti ilə peşəkar kadrların formalaşdırılması tədbirdə əsas müzakirə mövzularından biri olub. Bu istiqamətdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi vacib hesab üdilib.

Tədbirdə FAO-nun Milli Eksperti Elşad Rzayev “Regionda yoluxucu heyvan xəstəlikləri- Təhlükələr və həll yolları”, Türkiyə, Uludağ universitetinin Virusologiya kafedrasının müdiri Kadir Yeşilbağ “Virus xəstəlikləri – Biotəhlükəsizlik, Diaqnostika və peyvəndləmə”, Azərbaycan Dövlət Aqrar universitetinin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova “Virus xəstəliklərin qarşısının alınması strategiyaları” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.

Çıxış edənlər qlobal çağırışlara cavab vermək üçün elm, təhsil və beynəlxalq təcrübənin vəhdətinin vacibliyini vurğulayıblar. Tədbirin sonunda bildirilib ki, bu kimi müzakirələr baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə, təhlükəsiz qida təminatına və regional əməkdaşlığın güclənməsinə ciddi töhfə verəcək. Elmi əsaslı siyasətlər, koordinasiyalı yanaşmalar və effektiv nəzarət mexanizmləri isə ölkənin ictimai sağlamlığı və ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *