Ədalət Muradov Çinə səfər edib. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElmGündəmÖnə çıxan xəbərlərUniversitet həyatı

Ədalət Muradov Çinə səfər edib.

Ədalət Muradov Çinə səfər edib. Rektor bu barədə facebook səhifəsində yazıb:

“Bu gün Çinə gəldik. Məqsədimiz təhsilin keyfiyyətinin artırılması və tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və bütövlükdə həyata keçirdikləri yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq və faydalı əməkdaşlıq qurmaqdır. Çindən UNEC-ə tələbə qəbulunun artırılması da əsas hədəflərimizdəndir. Səfərimizi Lanzhou-dan başladıq. Gəlişimizin ilk günü Lanzhou Şimal-Qərb Normal Univetsitetinə (Northwest Normal University) səfər etdik. Bu universitetdə 31000 tələbə təhsil alır və Çinin ən yaxşı MBA proqramı olan 100 universitetindən biridir. Əməkdaşlıq istiqamətlərini müzakirə etdik və növbəti addımlara dair razılıq əldə etdik. MBA, iqtisadiyyat və menecment üzrə birgə kadr hazırlığına, “CFA Talents” layihəsinə başlamağa və eləcə də ən qısa vaxtda tələbə və müəllim mübadiləsinə başlamağa qərar verdik.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *