"İnsan Hüquqları Aylığı"nın elan olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
Kollec xəbərləriKollecə qəbulRegion

“İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Səhiyyə Nazirliyi Quba Tibb Kollecində 2025-ci ilin “Konsitutsiya və Suverenlik” ili elan olunması və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) tərəfindən “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur. Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur.
Kollecin direktoru Mikayıl Mirzəliyev və Hüquq müəllimi Oktay Ələkbərov tələbələrə hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılmasını, tələbələrin öz hüquqlarını bilməsini, konsitutsiyanın qərarları haqqında məlumat veriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *