Qarabağ Universitetinin əməkdaşları Kollecdə olublar.
3 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Qarabağ Universitetinin İncəsənət fakültəsinin əməkdaşları Gültən Hüseynli, Nərgiz Məmmədova Qarabağ Universitetinin tanıdılması, Kollec tələbələrinin gələcəkdə Qarabağ Universitetində təhsil almasının təbliği məqsədilə “İnstrumental ifaçılıq”, “Vokal sənəti (xanəndəlik)” ixtisasının tələbələri və onların müəllimləri ilə görüş keçiriblər. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova Qarabağ Universiteti haqqında məlumat verərək bildirdi ki, Qarabağ Universiteti təkcə bir ali təhsil müəssisə deyil, eyni zamanda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və gələcəyə olan inamının təcəssümüdür. Sonra Universitetin əməkdaşları tərəfindən Qarabağ Universitetinin təhsil, sosial həyatını əks etdirən videoçarx tələbələrə nümayiş etdirilib, məlumatlar təqdim olundu.




