2024/2025-ci tədris ilinin yay imtahan sessiyası başlayıb. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElanlarElmGündəmKollec xəbərləriÖnə çıxan xəbərlərRegion

2024/2025-ci tədris ilinin yay imtahan sessiyası başlayıb.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.
İyulun 2-bə kimi davam edəcək imtahanlarda tələbələrin biliyinin ədalətli qiymətləndirilməsi,şəffaflığın tam təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Tələbələrin fənlər üzrə imtahana giriş balları hesablanaraq tələbələrə təqdim olunub.
Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb və bu barədə tələbələrə ətraflı məlumat verilib.
İmtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili kollec rəhbərliyinin diqqət mərkəzindədir.
Nəticələr imtahan keçirilən gün və ya 3 gün müddətində tələbələrin şəxsi kabinetinə yerləşdiriləcək.
Akademik borcu qalan və üzürlü səbəbdən imtahanlarda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunacaq.

One thought on “2024/2025-ci tədris ilinin yay imtahan sessiyası başlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *