Gəncə Dövlət Aqrar Kollecində “İxtisasarası layihə əsaslı təqdimat bacarıqları” yarışı keçirilib
Gəncə Dövlət Aqrar Kollecində “Konstitusiya və Suverenlik ili” münasibətilə təşkil olunmuş “İxtisasarası layihə əsaslı təqdimat bacarıqları” yarışı keçirilib.
Yarışda müxtəlif ixtisaslardan tələbələr öz layihələrini kreativ və peşəkar şəkildə təqdim edərək komanda işi, təqdimat və çıxış bacarıqlarını nümayiş etdiriblər.
Gərgin mübarizə şəraitində keçən təqdimatlarda I yer Şərabçılıq və qıcqırma istehsalatının texnologiyası, II yer Aqrar (Fermer) təsərrüfatının təşkili, III yerdə isə Bağçılıq və tərəvəzçilik komandaları qərarlaşıb








