2 BBTK-də imtahanlar test üsulu ilə kollecin Virtual Test Mərkəzində keçirilir - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
Kollec xəbərləriKollecə qəbulÖnə çıxan xəbərlər

2 BBTK-də imtahanlar test üsulu ilə kollecin Virtual Test Mərkəzində keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası davam edir.

İmtahanlar test üsulu ilə kollecin Virtual Test Mərkəzində təsdiq olunan cədvəl üzrə aparılır. Tələbələrə öncədən imtahan cədvəlləri, suallar və nümunə testlər təqdim olunub. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə “İmtahan Qərargahı” yaradılıb. İmtahanların idarə olunması üçün tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu, “Apelyasiya komissiyası” və “Qaynar xətt” fəaliyyət göstərir. İmtahan zamanı akademik borcu yaranan eyni zamanda üzrlü, üzrsüz səbəbdən iştirak etməyən tələbələrə təkrar imtahan təşkil olunacaq.

Bütün tələbələrə imtahanlarda uğurlar arzulayırıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *