ATU tələbələri beynəlxalq konfransda uğur qazanıblar - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElanlarElmGündəmUniversitet həyatı

ATU tələbələri beynəlxalq konfransda uğur qazanıblar

Səmərqənd Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb universitetlərinin tələbə və gənc alimləri üçün “Fundamental, tətbiqi tibb və əczaçılıq sahəsində nailiyyətlər” adlı 79-cu Beynəlxalq elmi-praktik konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin tələbələri də bu nüfüzlu tədbirdə iştirak ediblər. ATU tələbələri öz ixtisaslarına uyğun müxtəlif elmi-praktiki mövzularda məruzələrlə çıxış edərək yüksək nəticələr əldə edərək, qaliblar arasında yer alıblar.

Tələbələrimizdən I yerə –  I Müalicə profilaktika fakültəsindən 120R2b qrup tələbəsi Rafiq Aslanov , II Müalicə profilaktika fakültəsinin 220A10a  qrup tələbəsi Həsənzadə Səbinə və 221A2a  qrup tələbəsi Səfərli Həmid , Stomatologiya fakültəsinin  421A1a qrup tələbəsi Emin Abbasov, Əczaçılıq fakültəsinin 522R1b qrup tələbəsi Teymur Rəhimov, İctimai Səhiyyə fakültəsinin  321R1a qrup tələbəsi Qurbanlı Fərman, II yerə – I Müalicə profilaktika fakültəsinin 219A2a qrup tələbəsi Fidan Seyfullayeva, III yerə – I Müalicə profilaktika fakültəsinin 120A4b qrup tələbəsi Həmayə Sofiyeva və Hərbi Tibb fakültəsinin 620A1b qrup tələbəsi İqbal Babazadə layiq görülüblər.

Tələbələrimizi ürəkdən təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *