Kollecdə “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda tədbir keçirildi. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElmGündəmKollec xəbərləri

Kollecdə “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda tədbir keçirildi.


29 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran-Astara Regional məşğulluq filialının karyera məsləhətçiləri İsa Qasımov və Şəbnəm Əlizadənin iştirakı ilə “Qeyri- rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda seminar keçirildi. Çıxış edənlər əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsindən, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsindən, səmərəliliyin artırılmasından, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *