“Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilir. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
GündəmMəktəbliRedaktorun seçimiTrend

“Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilir.

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilir.
İlk ekskursiya Lənkəran şəhərində yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Cənub Regional Hidrometeorologiya Mərkəzində baş tutub. Şagirdlər ekskursiya zamanı bulud növləri haqqında məlumat əldə edib, ərazidə havanın temperaturunu ölçən qurğularla tanış olublar. Daha sonra məktəblilər Xanbulan gölü ətrafında ərazinin flora və faunası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *