Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən? - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
AbiturientAzərbaycan MüəllimiGündəmKollec xəbərləriKollecə qəbulRedaktorun seçimiUniversitet həyatı

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

yaşanan mərhələlərdən biridir. 
Gənclər üçün ixtisas seçimi ani bir qərar deyil, düşünülmüş, mərhələli və dəyərlərə əsaslanan bir proses olmalıdır. Onların bu yolda müstəqil qərar verə bilməsi üçün ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan bir sistem kimi işləməlidir. Çünki doğru istiqamətləndirilmiş bir seçim təkcə bir fərdin deyil, bütün cəmiyyətin gələcəyini formalaşdırır.

Şəxsiyyət və ixtisas arasında harmoniya niyə vacibdir?

– Daxili motivasiya artır: İnsan yalnız özünü ifadə edə bildiyi, maraq duyduğu və şəxsiyyətinə uyğun sahədə inkişaf edə bilər.
– Peşəkar məmnuniyyət təmin olunur: Uyğun ixtisas seçimi işə sevgi və bağlılıq hissini artırır.
– Stres və emosional yanma sindromunun qarşısı alınır: Uyğun olmayan sahədə uzunmüddətli çalışmaq emosional tükənməyə gətirib çıxara bilər.
– Yaradıcılıq və məhsuldarlıq artır: İnsan maraqlandığı sahədə daha aktiv, yenilikçi və təşəbbüskar olur.

Şəxsiyyət tipinə görə ixtisas seçiminə gəlincə, amerikalı psixoloq John Hollandanın qənaətincə, insanlar altı əsas şəxsiyyət tipinə bölünürlər və hər biri üçün uyğun peşə sahələri mövcuddur. Şəxsiyyət tipləri bunlardır: realistik (praktik), intellektual (araşdırmaçı), incəsənət yönümlü, sosial insanlara kömək istəyi, sahibkar, ənənəvi (konvension). 
Xüsusiyyətlərinə gəlincə, realistiklər texniki bacarıqlı, fiziki işə meyilli olurlar, onlara uyğun sahələr mühəndislik, mexanika və idmandır.
İntellektuallar analitik düşüncəyə malik olurlar, tədqiqat marağından dolayı elmi araşdırmalar, IT, akademiya onlar üçün uyğundur. İncəsənət yönlülərin şəxsiyyət tipi yaradıcılıqdır, özünüifadə arzusu onları dizayn, incəsənət, yazıçılığa istiqamətləndirə bilər. Sosial insanlara kömək etmək istəyənlərin şəxsiyyət tipinə müəllimlik uyğun gəlir, psixologiya və tibb müvafiq sahələrdir. Sahibkarlar liderlik, təşəbbüskarlıq xüsusiyyətlərinə malik olduqları üçün biznes, hüquq, menecment sahələrində uğurlu ola bilərlər. Ənənəvi (konvension) şəxsiyyət tipini daşıyanlar isə planlılıq, təşkilatçılıq xüsusiyyətlərinə malikdirlər, mühasibat, idarəçilikdə özlərini sınaya bilərlər. 
İxtisas seçimi sadəcə gəlir mənbəyi deyil, həyatın mənalı hissəsini təşkil edən bir yoldur. Buna görə də seçdiyimiz sahənin şəxsiyyətimizlə uyğun olması həm şəxsi, həm də peşəkar həyatda uğurun açarıdır.

Bənövşə MƏMMƏDOVA,
Filologiya elmləri doktoru, dosent

Leave a Reply

Your email address will not be published. Required fields are marked *