"Sağlam mühit, sağlam qida, sağlam insan" adlı maarifləndirici tədbir keçirildi. - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
Uncategorized

“Sağlam mühit, sağlam qida, sağlam insan” adlı maarifləndirici tədbir keçirildi.

23 may” Beynəlxalq Ekologiya günü” münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Sağlam mühit, sağlam qida, sağlam insan” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji dəyərlərin təşviqi və gənc nəslin bu sahədə maarifləndirilməsi idi. “Aqrar fənlər” FBK-nın sədri Mətanət Ağayeva və metodist Ülviyyə Əliyevanın təşkilatçılığı ilə “Aqronomluq”,”Meşə və park” ixtisasları üzrə təhsil alan tələbələrin hazırladıqları tədbirdə kollecin direktoru dosent Kəmalə xanım Süleymanlı, İnzibati rəhbər heyət, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Neman Kərimov və müəssisənin əməkdaşları, Şahdağ Milli Parkın elmi işçisi Ata Qəribov , İsmayıllı Dövlət Aqrar inkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Paşa Məmmədov , bir qrup müəllim və tələbə heyəti iştirak etdilər. Tədbirdə ekologiyanın qlobal miqyasda aktuallığı, iqlim dəyişikliyi, təbii ehtiyyatların azalması, urbanizasiya nəticəsində yaranan problemlər müzakirə olundu.


Tədbirdə “Aqronomluq”, “Meşə və park”, “Qida təhlükəsizliyi”,”Tibb bacısı(qardaşı) işi “, ixtisaslarında təhsil alan tələbələr iqlim dəyişikliyi, su ehtiyyatlarının qorunması, tullantıların düzgün idarə olunması mövzularında maraqlı təqdimatlarla çıxış etdilər. Kollecin “Tibb və təbiət elmləri ” fənləri FBK- nın sədri Elşən Həsənov tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində təbiətə vurulan ziyan haqqında ətraflı məlumat verdi. Kollecin məzunu hal- hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” ixtisasının 1-ci kurs tələbəsi Şeydayev Ayaz çıxış edərək bildirdi ki, daha yaşıl, daha təmiz, daha sağlam bir gələcək qurmaq üçün biz gənclər ətraf mühiti qorumaq və yaşılladırmaq naminə daha əzmlə çalışmalıyıq. Tədbir iştirakçıları təbiətin qorunmasını yalnız dövlətin deyil, hərbir fərdin borcu olduğunu vurğuladılar. Sonda tədbirin aktiv iştirakçılarına, “Aqronomluq” və “Meşə və park” ixtisaslarında əla və yaxşı qiymətlərlə təhsil alan tələbələrə təşəkkürnamə verildi.Tədbirin sonunda Aqronomluq” və “Meşə və park” ixtisaslarında təhsil alan tələbələr tərəfindən kollecin həyətyanı sahəsində salınan bostana baxış keçirildi və bostan qonaqların böyük marağına səbəb oldu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *