İMTAHANSIZ Təkrar orta ixtisas təhsili almaq istəyənlərin nəzərinə - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElanlarGündəmKollec xəbərləriKollecə qəbulÖnə çıxan xəbərlərRedaktorun seçimiTrend

İMTAHANSIZ Təkrar orta ixtisas təhsili almaq istəyənlərin nəzərinə

Kolleclərdə təkrar orta ixtisas təhsili almaq istəyənlərin nəzərinə!

Əlavə təhsilin təkrar orta ixtisas təhsil istiqaməti üzrə sənəd qəbulu prosesinə 26 may 2025-ci il tarixindən başlanılıb. Kolleclərdə təkrar orta ixtisas təhsil almaq üçün müraciət etmək istəyənlər https://portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür. Sənəd qəbulu 30 avqust 2025-ci il saat 18.00-da başa çatacaq. 

Təkrar orta ixtisas təhsili müvafiq ixtisas üzrə orta ixtisas və ya bakalavriat (yaxud ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə edir, tələbənin baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. 

Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, şəxs həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur. 

Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə subbakalavr dövlət nümunəli bakalavr diplomu verilir.

Təkrar orta ixtisas təhsili yalnız ödənişli formada, təkrar təhsil almaq istəyən şəxs və ya onun işlədiyi idarə və təşkilatlarla bağlanmış müqavilə əsasında həyata keçirilir. Təhsil haqqı bütün ixtisaslar üzrə Azərbaycan vətəndaşları üçün illik ixtisasa uyğun manatla tərtib olunur.

Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə və nazirlik tərəfindən müəyyən olunmuş tarixlərdə elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ portalı vasitəsilə təqdim etməlidir. Sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar orta ixtisas təhsili almaq hüququnu qazanırlar.

Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə
  • Orta ixtisas və ya ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • İş yerindən arayış (varsa)
  • 4 ədəd 3×4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış

Daha ətraflı məlumat üçün :

+994 77 273 0101

salam@kollec.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *