Başqasının yerinə imtahan vermək istədi, DİM aşkarladı - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
AbiturientGündəmRedaktorun seçimi

Başqasının yerinə imtahan vermək istədi, DİM aşkarladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Bildirilib ki, faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. 

Qeyd edək ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *