Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
ElmÖnə çıxan xəbərlərUniversitet həyatı

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. 

“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
 

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
•    Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
•    Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
•    Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları
 

Ətraflı məlumat üçün: 
https://www.timeshighered-events.com/eurasia-universities-summit-2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *