İDHTK tələbləri Qarabağa ekskursiya təşkil etdilər - kollec.az - Kollecə qəbul/Kollec xəbərləri
Kollec xəbərləriÖnə çıxan xəbərlərRedaktorun seçimi

İDHTK tələbləri Qarabağa ekskursiya təşkil etdilər

17 may 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-in “Mühasibat uçotu” ixtisası üzrə dərs deyən fənn müəllimləri və təhsil alan bir qrup tələbəsi Qarabağa ekskursiya təşkil etdilər. Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində bir sıra tarixi və mədəni abidələri ziyarət etdilər. Onlar Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Gövhər ağa məscidi ilə tanış oldular. Daha sonra ekskursiya Xankəndi şəhərində davam etdirildi.

Ekskursiyanın növbəti dayanacağı Ağdam şəhəri oldu. Burada iştirakçılar Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət etdilər, onun xatirəsini ehtiramla yad etdilər.Bu səfər tələbələr üçün həm maarifləndirici, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətli oldu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *