İngilis dilində bilik yarışması keçirildi
15.05.25-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ- ində İngilis dili fənni üzrə maarifləndirici Bilik yarışması keçirildi.Tədbirdə Tədris və tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova,əyani şöbə müdiri Elmir Ağayev, metodist Ülviyyə Əliyeva,bir qrup fənn müəllimləri və tələbələr iştirak etdilər.Tədbir tələbələrin ingilis dili üzrə biliklərini,məntiqi düşünmə qabiliyyətləri və qrammatik bacarıqlarını yoxlamaq məqsədilə təşkil olunmuşdu. Yarışmada tələbələr fərqli mövzular üzrə hazırlanmış sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər.Suallar əsasən ingilis dili söz ehtiyyatı,qramatika və məntiq sahələri əhatə edirdi.Yekunda qalib olan qruplar aşağıdakı kimi müəyyənləşdirildi.
I yer- 6124 qrupu
II yer – 6624 qrupu
III yer- 5324 qrupu
Tədbirin sonunda Bilik yarışmasını təşkil edən İngilis dili müəllimi Günel Muradova çıxış edərək bildirdi ki,xarici dil üzrə yarışmalar tələbələrin dil biliklərini təkmilləşdirməklə yanaşı,onların komanda şəklində işləmək, düşünmək və öz fikirlərini ifadə etmək bacarıqlarını gücləndirir.Həmçinin tələbələrdə xarici dil öyrənmək motivasiyasını artırmaq və onları bu fəaliyyətə təşviq etmək baxımından yarışmanın əhəmiyyətli olduğunu bildirdi.Tədbirin sonunda kollecin direktoru dosent Kəmalə Süleymanlı qalib komanda üzvləri ilə görüşərək onları təbrik etdi və qarşıdan gələn yaz imtahan sessiyasında onlara uğurlar arzuladı.




