Tələbələr arasında bilik yarışması keçirildi
12.05.2025-ci il tarixində.İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci İldönümü münasibətilə “Qida məhsullarının texnologiyası”FBK-na aid “Qida məhsullarının təhlükəsizliyi” və ” Süd və süd məhsullarının texnologiyası” ixtisaslarında təhsil alan tələbələr arasında bilik yarışması keçirildi.Tədbirdə Kollecin direktoru dosent Kəmalə xanım Süleymanlı, Tədris və tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova,İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov,Metodist Ülviyyə Əliyeva,FBK sədri Faiq Məmmədov və fənn müəllimləri iştirak etdilər.Tədbirin sonunda qalibiyyət qazanmış tələbələrə fəxri fərman təqdim edildi.Kollecin direktoru dosent Kəmalə xanım Süleymanlı çıxış edərək, bildirdi ki ,FBK sədri və fənn müəllimlərinin təşkil etdiyi ixtisas üzrə suallardan təşkil olunmuş bilik yarışması tələbələrin daha yaxşı oxumalarına, onların ixtisaslarına marağın artmasına və vətətənpərvərlik ruhunda tərbiyə olunmalarına böyük stimul verəcək.








